"Nikol İrəvanı hərraca çıxarırdı, Makron isə bunu surətləndirdi" - Erməni saytı |
David Mkrtçyan adlı analitik yazır ki, Makronun bu günlərdə niyə bu haqda danışması aydın məsələdir. Rəsmi Bakının Moskva tərəfindən İrəvana qarşı "qaldırılması"nı ona kimin deməsi də aydındır( Baş nazir Nikol Paşinyan nəzərdə tutulur-red. ).
"O da danılmaz faktdır ki, Moskvanın bu regionda ənənəvi maraqları var. Həm də aydın məsələdir ki, Moskva bu münaqişənin açarının əhəmiyyətli bir hissəsinin öz əlində saxlayır. Amma Moskvanı Azərbaycanı Ermənistana qarşı hərbi əməliyyatlara sövq eləməkdə ittiham etmək tarixi bilməmək deməkdir. Məhz Fransa liderinin arxasında gizlənmək istəyən Nikol Paşinyan bu aşkar sezilən "Qərb povesti"ni Makrona çatdırıb. Nikol belə hesab edir ki, onun bu gizlənməsi Moskvada diqqət çəkməyəcək.
Lakin Rusiya prezidenti Vladimir Putinin məlum qalmaqallı açıqlamadan sonrakı çıxışından aydın oldu ki, o, Paşinyanın Makronun arxasında gizləndiyini lap yaxşı görür ", - Mkrtçyan yazıb.
Müəllif Putinin fransalı həmkarına sözün həqiqi mənasında sərt cavab verməsini də ayrıca xatırladıb. Rusiya lideri dedi ki, Makron Azərbaycan-Ermənistan münasibətlərindəki problemləri başa düşmür. O, həmkarını tərəflərin mövqeləri haqqında məlumatı olmamaqda ittiham edərək dedi: “Buna görə də onun açıqlaması ( Fransa Prezidentinin bəyanatı – red. ) yanlış səsləndi, hətta mən buna təhrif deyərdim. Ona görə də qəbuledilməzdir”.
"O da məlum məsələdir ki, artıq Makronun bəyanatından sonra gələcəkdə Ermənistan ağır vəziyyətə düşəcəyi təqdirdə, Paşinyanın yenidən Putinə zəng vurması çətin olacaq. Əgər belə bir ənənəvi müraciət, çağırış olarsa, o zaman Putinin Paşinyana deyəcəyi sözlər məlumdur: "Makrona zəng et. Əlbəttə əgər əvvəlki tək Azərbaycanı Ermənistana qarşı çevirdiyimi düşünürsənsə...".
Siyasətlə həvəskarlar, nadanlar məşğul olanda ölkənin xarici siyasəti belə də olmalıydı. Paşinyan əyalət davranışı ilə nəinki özünü, hətta Ermənistanı da sözün həqiqi mənasında yandırıb və o bu gün belə ağır vəziyyətdən necə çıxacağını bilmir. Nəticədə baş nazir Ermənistanı artıq geosiyasi mübahisə obyektinə çevirib. O, mövcud durumdan kommersiya cəhətdən yararlana biləcəyini də düşünürdü. Əksinə, onun son davranışları nəticəsində ölkə yeni. ağır zərbə alacaq. Bundan sonra yalnız Qarabağın əldən çıxması xoşbəxt bir möcüzə kimi görünəcək", - təhlildə yazılıb.
Tural Tağıyev
AzVision.az