Yeni səfir Elçin Bağırov kimdir? - DOSYE

   Yeni səfir Elçin Bağırov kimdir? -    DOSYE
  17 Oktyabr 2022    Oxunub:7563
Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Elçin Tələt oğlu Bağırov Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi vəzifəsindən azad olunub. Dövlət başçısının digər sərəncamı ilə Elçin Bağırov Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
AzVision.az Elçin Bağırovun tərcümeyi-halını təqdim edir:

Elçin Elçin Tələt oğlu Bağırov 8 aprel 1959-ci ildə Gəncə şəhərində anadan olub. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib.

18 iyun 1984-cü ildən 2 mart 1992-ci ilə qədər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində II katib, I katib və 4 may 1992-ci ildən 25 mart 2004-cü ilə kimi isə nazirliyin Dövlət protokolu idarəsi rəisinin müavini və rəisi vəzifələrində çalışıb.

Elçin Bağırov 2 mart 1992-ci ildən 2 may 1992-ci ilə qədər Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında Dövlət katibinin köməkçisi, 25 mart 2004-cü ildən 2022-ci ilə kimi Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi işləyib. O, dövlət qulluğunda çalışdığı müddətdə 1-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi alıb. Həmçinin fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi daşıyıb.

Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Elçin Tələt oğlu Bağırov 2019-cu ilin aprelində, 60 yaşı tamam olanda “Şöhrət” ordeni ilə təltif edilib.

17 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti