Göyçayın icra başçısı kollektivə təqdim olunub

   Göyçayın icra başçısı kollektivə təqdim olunub
  18 Oktyabr 2022    Oxunub:760
Prezident İlham Əliyevin Sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş Natiq Ağayev bu gün rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
AzVision.az xəbər verir ki, yeni icra başçısını kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev təqdim edib.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib, ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

N.Ağayev ona göstərilən etimada görə minnətdarlıq edib.

AzVision.az



Teqlər:





Xəbər lenti