Vətəndaşlara bank adından saxta təkliflər gəlir- XƏBƏRDARLIQ

   Vətəndaşlara bank adından saxta təkliflər gəlir-    XƏBƏRDARLIQ
  18 Oktyabr 2022    Oxunub:811
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları son günlər “Kapital Bank” ASC adından vebsəhifə yaradılaraq vətəndaşlara fişinq mesajları göndərilməsi və pul vəsaiti təklif olunması barədə xəbərdar edib.
Bu barədə AzVision.az -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumatda deyilir ki, onlardan vəd olunan məbləğ üçün saxta vebsəhifəyə bank və digər fərdi məlumatlarını daxil etməsi istənilir: "Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə etimad etməməyi, şübhəli keçidlərə daxil olmamağı tövsiyə edir. Hər hansı şirkət və ya qurum adından belə məlumatlar aldıqda öncə həmin müəssisə ilə əlaqə saxlayaraq və yaxud qurumun rəsmi saytına daxil olaraq məlumatın düzgünlüyündən əmin olmaq məsləhət görülür. Eyni zamanda bu kimi hallarla qarşılaşdıqda vətəndaşlardan “1654” qaynar xətti, www.cert.az saytı və ya [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək xahiş olunur".

AzVision.az


Teqlər:





Xəbər lenti