Daha bir qazi müalicə üçün Türkiyəyə göndərildi

   Daha bir qazi müalicə üçün Türkiyəyə göndərildi
  19 Oktyabr 2022    Oxunub:610
Ağır yaralanan qazilərdən biri Ələkbərov Ömər Teymur oğlu müalicə məqsədilə Türkiyə Respublikasına göndərilib.
Bu barədə AzVision.az -a “YAŞAT” Fondundan məlumat verilib.

Bildirilib ki, Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Fond qazimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə Xatırladaq ki, bu günə qədər 177 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 155-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.



AzVision.az





Teqlər:





Xəbər lenti