Siyəzəndə mikroavtobus qəzası, 10 nəfər yaralanıb

   Siyəzəndə mikroavtobus qəzası,    10 nəfər yaralanıb
  19 Oktyabr 2022    Oxunub:845
Siyəzən rayonunda mikroavtobusun aşması nəticəsində xəsarət alanların son durumunu açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AzVision.az -a verilən məlumata görə, baş verən hadisə ilə əlaqədar Siyəzən Müalicə Diaqnostika Mərkəzinin Təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.

Hadisə nəticəsində xəsarət alan 10 nəfər (hər biri qadın olmaqla) saat 08:40 radələrində tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Onların hər biri zəruri müayinələrdən keçirilib.

Pasiyentlərdən 8-nin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Digər xəstələrin müalicəsinə tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam etdirilir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti