"Ermənilərin verdiyi xəritələrin dəqiqliyi heç 25 faiz deyil" - Nazir müavini

Nazir müavini bildirib ki, son 2 ildə dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin bərpasına 3 milyard dollardan artıq vəsait yönəldilib.
“İşğaldan azad edilmiş ərazilərdə infrastruktur ermənilər tərəfindən tamimlə məhv edilib. İndi həmin ərazilərin sıfırdan bərpası lazımdır. Lakin ermənilərin həmin əraziləri minalarla çirkləndirməsi yenidənqurma və bərpa işləri qarşısında dayanan əsas maneədir. Ermənilər hələ də mina xəritələrini verməkdən imtina edirlər. Xəritələrin dəqiqliyi isə heç 25 faiz deyil. Bu günə qədər 3300-ə yaxın insan mina qurbanı olub”, - deyə nazir müavini əlavə edib.
Aytən Zəhra
AzVision.az
Teqlər: