Qardaşlar arasında dava ölümlə bitdi

   Qardaşlar arasında dava ölümlə bitdi
  19 Oktyabr 2022    Oxunub:916
15 iyul 2022-ci ildə Salyan rayon sakini, 1964-cü il təvəllüdlü Ələkbər Abbasovun bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Rayon prokurorluğundan AzVision.az -a verilən məlumata görə, zərərçəkmişin qardaşı 1977-ci il təvəllüdlü Mehman Abbasov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı birlikdə yaşadıqları evin həyətində Ələkbər Abbasova bıçaqla xəsarətlər yetirib.

Sonuncu almış olduğu xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb. Toplanmış sübutlar əsasında Mehman Abbasova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti