Azad edilmiş ərazilərdə indiyədək aşkarlanan minaların sayı açıqlandı

   Azad edilmiş ərazilərdə indiyədək aşkarlanan minaların sayı açıqlandı
  19 Oktyabr 2022    Oxunub:781
İşğaldan azad edilmiş ərazilərdə indiyədək 300 mindən çox mina və partlamamış hərbi sursat aşkar olunub. Ermənistan tərəfindən Azərbaycana təqdim olunan mina xəritələrinin doğruluğu 20-30 faizdir.
Bunu Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov oktyabrın 19-da “Azərbaycana qarşı müharibə cinayətləri” mövzusunda hibrid formatda keçirilən seminarda çıxış edərkən deyib.

“Füzulidə abidələrdən minalar aşkar edilib. Ermənistan öz silahlı qüvvələrini bu ərazilərdən çıxararkən minalar basdırıb. Minalardan zərər çəkənlərə görə Ermənistan məsuliyyət daşıyır”, - deyə sədr müavini diqqətə çatdırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti