"Xoş günlərimi yaşayıram" - 85 yaşlı Elmira Süleymanova nə işlə məşğuldur?

   "Xoş günlərimi yaşayıram" -  85 yaşlı Elmira Süleymanova nə işlə məşğuldur?
  19 Oktyabr 2022    Oxunub:2528
"Mən Ombudsman Aparatına Milli Elmlər Akademiyasının Neft-kimya prosesləri İnstutundan gəlmişdim. Vəzifə səlahiyyətim bitdikdən sonra yenidən institutda fəaliyyətimi davam etdirirəm. Orada artıq 66 il olar ki, işləyirəm".
Bunu AzVision.az -a açıqlamasında Azərbaycanın sabiq Ombudsmanı Elmira Süleymanova deyib. O bildirib ki, eyni zamanda 3 il bundan öncə Ağsaqqallar Şurasının sədr müavini seçilib.

"Həmçinin "Qadın və inkişaf mərkəzi" adlı bir təşkilatım var və bu təşkilatda 30 ildir ara vermədən işləyirəm. Bundan əlavə ahılların hüquqlarının müdafiə olunması istiqamətində işimi davam etdirirəm. Beləliklə, ara vermədən fəaliyyətimi davam etdirirəm.

İş mənim üçün istirahətdir. İstirahət əməyin bir növündən digərinə keçiddir. Bu il 85 illik yubileyini qeyd etdim. Eyni zamanda Zəfərimizin iki illiyidir. Belə gözəl yubileylər məni daha da həvəsləndirir. Həyat başdan ayağa yeniliklərdir. Hər gün əvvəlki gündən fərqlənir. Biz də xoş günləri yaşayırıq", deyə E. Süleymanova bildirib.



Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti