Atasının zorladığı qız özünü binadan atmaq istədi

   Atasının zorladığı qız özünü binadan atmaq istədi
  19 Oktyabr 2022    Oxunub:1017
Bakıda 18 yaşlı qız intihara cəhd edib.
AzVision.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gecə paytaxtın Nizami rayonunda baş verib. 2004-cü il təvəllüdlü E. Q. binanın 6-cı mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd edib. Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməkliyi ilə intihar cəhdinin qarşısı alınıb və 18 yaşlı qız polis bölməsinə aparılıb.

İlkin araşdırmalar zamanı o bildirib ki, 8 yaşından atası tərəfindən seksual xarakterli zorakılıq əməllərinə məruz qalır və bu səbəbdən həyatına son qoymaq istəyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti