Ermənilərin müqavimətinə baxmayaraq, UNESCO Bakı prosesini qəbul edib

   Ermənilərin müqavimətinə baxmayaraq,    UNESCO Bakı prosesini qəbul edib
  19 Oktyabr 2022    Oxunub:1105
Erməni tərəfinin müqavimətinə baxmayaraq, Azərbaycanın UNESCO-nun 215-ci sessiyasının gündəliyinə təklif etdiyi "Bakı prosesi: dayanıqlı sülh və inkişaf üçün mədəniyyətlərarası dialoqu və sosial inklüzivliyi təşviq etmək" başlıqlı qərar layihəsi yekdilliklə qəbul edilib.
AzVision.az xəbər verir ki, bu barədə bu gün UNESCO üzrə Azərbaycan Milli Komissiyasının "Twitter" səhifəsində yerləşdirilən məlumatda deyilir.

"Biz əvəzsiz dəstəyə görə bütün ölkələrə dərin minnətdarlığımızı bildiririk", - mesajda deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti