Səfir: "Fransa sülhün bərqərar olması üçün tam səfərbərdir"

      Səfir:    "Fransa sülhün bərqərar olması üçün tam səfərbərdir"
  19 Oktyabr 2022    Oxunub:913
Fransa Xarici İşlər Nazirliyi dünən bir daha təsdiqlədi ki, Fransa Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması üçün tam səfərbərdir.
AzVision.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross "Twitter"də bildirib. "Fransa Prezidenti Emmanuel Makron, Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının Prezidenti Şarl Mişelin Praqadakı görüşü və qəbul etdikləri birgə bəyanat bu məqsədə doğru bir addımdır. Fransa Aİ-nin sülh sazişi üzrə danışıqlarını dəstəkləyir", - fransız diplomat qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti