"Azad edilən ərazilərdə mülki insanlara tuşlanmış minalar aşkarlanır" - ANAMA

O qeyd edib ki, ermənilər qəbirsanlıqları, su kanallarının, bulaxların ətrafını, bağları, əkin sahələrini minalayıb.
“Bundan başqa dəmir yolları, elektrik xəttlərinin altından gedən yollar minalanıb. Bu, məhz mülki insanların məhv olmasına hesablanmış minalardır. 1-ci Qarabağ müharibsində indiyə qədər 3342 insan mina partlayışlarının qurbanı olub. Həmin insanlardan 357-si uşaq, 38-i qadın olub. 131 hadisədə beynəlxalq konvensiyada qadağan olunmiş klaster silahlarının partlaması baş verib”, - deyə V.Süleymanov əlavə edib.
Aytən Zəhra
AzVision.az
Teqlər: