"Azad edilən ərazilərdə mülki insanlara tuşlanmış minalar aşkarlanır" - ANAMA

   "Azad edilən ərazilərdə  mülki insanlara tuşlanmış minalar aşkarlanır" -    ANAMA
  19 Oktyabr 2022    Oxunub:948
İşğaldan azad edilən ərazilərdə heç bir həbri əhəmiyyəti olmayan, məhz mülki insanlara tuşlanmış minalar aşkarlanır.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bu gün Ombudsmanın Aparatının 20 illik yubileyinə həsr edilmiş Bakı Beynəlxalq Konfransında panel müzakirələri zaman deyib.

O qeyd edib ki, ermənilər qəbirsanlıqları, su kanallarının, bulaxların ətrafını, bağları, əkin sahələrini minalayıb.

“Bundan başqa dəmir yolları, elektrik xəttlərinin altından gedən yollar minalanıb. Bu, məhz mülki insanların məhv olmasına hesablanmış minalardır. 1-ci Qarabağ müharibsində indiyə qədər 3342 insan mina partlayışlarının qurbanı olub. Həmin insanlardan 357-si uşaq, 38-i qadın olub. 131 hadisədə beynəlxalq konvensiyada qadağan olunmiş klaster silahlarının partlaması baş verib”, - deyə V.Süleymanov əlavə edib.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti