Mövqelərimiz atəşə tutulub

   Mövqelərimiz atəşə tutulub
  20 Oktyabr 2022    Oxunub:1223
Oktyabrın 19-u saat 22:35-dən oktyabrın 20-si saat 00:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti