"Ora qayıtmaq fikrimiz yoxdur" - Azərbaycanlıların Ukraynadakı təhsili necə davam edir?

Kibertəhlükəsizlik fakültəsində magistratura təhsili alan tələbə Ukraynaya yenidən qayıtmaq fikrində olmadığını deyib:
“Təhsilimizi onlayn davam etdiririk. Yəni Ukraynada tədris dayanmayıb. Amma yaxın vaxtlarda ora qayıtmaq fikrimiz yoxdur. Çünki Xarkovdan olan dostlarımızla danışırıq, hazırda orada vəziyyət yaxşı deyil”.
Ayxan deyir ki, tanıdığı azərbaycanlı tələbələrdən Ukraynaya qayıdanlar da var:
“Ukraynalı dostlarımızın və onların teleqram kanallarının məlumatına görə, yeni ilə qədər müharibə bitəcək. Bitsə təbii ki, təhsilimiz üçün yenidən Ukraynaya qayıdacağıq. Həmişəlik orada qalmaq fikrim yoxdur. Amma qardaşım qayıdacaq. Bizim əşyalarımız, bir çox sənədlərimiz orada qalıb. Ən əsası yanvarda magistratura təhsilim bitəcək və diplomumu götürmək üçün getmək məcburiyyətindəyəm. Ukraynada təhsil hazırda onlayndır. Biz də əvvəl deyirdik, qayıdaq. Bir ay ərzində hazırlaşdıq və yenidən şəhər bombalananda bu fikrimizdən vaz keçdik”.
Ayxan bildirib ki, azərbaycanlı tələbələrdən bəziləri hadisələrə görə təhsillərini Avropa ölkələrinin universitetlərində davam etdirmək seçimi ediblər:
“Mənim də təhsilimi Çexiya, ABŞ və digər ölkələrin universitetlərində davam etdirmək şansım var idi. Çünki Avropa ölkələri təhsil baxımından daha məsləhətlidir”.
Aytən Zəhra
AzVision.az
Teqlər: