-Mehriban xanım da, Prezident də çox mehriban, səmimi idilər. Hamı ilə şəkil çəkdirdilər. Görüşdük, söhbət etdik. Öz telefonumla Prezidentlə şəkil çəkdirdim. Sonradan gördüm ki, şəkil qaranlıq düşüb. Dedim,“cənab Prezident, bir dəfə də şəkil çəkdirə bilərikmi? O da dedi, "siz mənimlə şəkil çəkdirdiniz axı". Cavab verdim ki, qaranlıq düşüb. O da dedi, “problem deyil, gəlin çəkdirək”.
Həcər Məmmədova birinci xanım Mehriban Əliyeva ilə də söhbət etdiyini deyib.
- Mehriban xanım da çox anlayışlıdır. Mən ona yaxınlaşıb dedim ki,”Mehriban xanım mən atamın evində qalıram. Bir övladım var. İstəyərdim ki, Ağalıda yeni tikilən mənzillərdən biri ilə təmin olunum. Ağalıda öz evimin olması ən böyük arzumdur. O, köməkçisinə dedi. Adımı yazıb qeyd etdilər və müraciətimi nəzərə alacaqlarını bildirdilər.
Bu gün Ağalıda bayram bayrama qarışıb. Hər yan bayraqlarla bəzədilib. Həm Zəngilanın azad olunduğu günü qeyd edirik, həm də bu gün Zəngilan Hava Limanının açılışı olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilana gələcək, açılışda iştirak edəcək. Türkiyə liderinin yolunu gözləyirik".



Şahanə Rəhimli
AzVision.az