"Azad edilmiş ərazilərimizdəki ermənilərdən müraciət daxil olmayıb" - Ombudsman

   "Azad edilmiş ərazilərimizdəki ermənilərdən müraciət daxil olmayıb" -    Ombudsman
  20 Oktyabr 2022    Oxunub:1001
İşğaldan azad edilmiş ərazilərdə məskunlaşan ermənilərin cəmiyyətimizə inteqrasiyası üçün əlimizdən gələni edəcəyik. Onlar bizim vətəndaşımızdır. Biz hər bir vətəndaşımızın hüququnu müdafiə etdiyimiz kimi onların da hüquqlarını müdafiə edəcəyik.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ombudsman Aparatının 20 illik yubileyinə həsr edilmiş Bakı Beynəlxalq Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu günə qədər Ombudsman Aparatına işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşan ermənilərdən müraciət daxil olmayıb.

“Ölkəmizin digər ərazilərində yaşayan 30 minə yaxın erməni əsilli vətəndaşımız var. 20 illik fəaliyyətimiz dövründə mütəmadi olaraq onlar bu və ya digər problemləri ilə bağlı müraciət ediblər və biz də heç bir fərq qoymadan onların hüquqlarını müdafiə etmişik”, - deyə S.Əliyeva bildirib.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti