“Siyasi partiyalar haqqında” yeni qanunla bağlı ictimai dinləmə keçiriləcək

“Siyasi partiyalar haqqında” yeni qanunla bağlı ictimai dinləmə keçiriləcək
  20 Oktyabr 2022    Oxunub:872
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələrinin müraciəti əsasında parlamentdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı müvafiq iş aparılır.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a bildirilib ki, sənədin ictimai-siyasi əhəmiyyətini nəzərə alaraq, yeni qanun layihəsi ilə bağlı ictimai dinləmənin oktyabrın 24-də keçirilməsi nəzərdə tutulur.

AzVision.az



Teqlər:





Xəbər lenti