Nişanlandığı qohumundan ayrılmaq istədi, bıçaqlandı - 16 yaşlı qızın qətlinin təfərrüatı

   Nişanlandığı qohumundan ayrılmaq istədi, bıçaqlandı -    16 yaşlı qızın qətlinin təfərrüatı
  20 Oktyabr 2022    Oxunub:2616
Abşeron rayonu Hökməli qəsəbəsində 16 yaşlı qızın qətl edilməsinin bəzi təfərrüatları məlum olub.
AzVision.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Həsrət Rəcəbova nişanlısından ayrılmaq istəyib. O, Murad Həsənovla bir ilə yaxın nişanlı olub.

H.Rəcəbova 9-cu sinifdən təhsilini dayandırıb. Daha sonra isə yaxın qohumu M.Həsənovla nişanlanıb. Nişanı qaytarmaq istədiyini bildirəndə isə nişanlısı onu Cümə məscidinin qarşısında bıçaqlayıb. Ailədə iki bacı olublar.

Qeyd edək ki, 2006-cı il təvəllüdlü H.Rəcəbovanın öldürülməsi barədə prokurorluğa məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin nişanlısı, 1996-cı il təvəllüdlü Murad Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarət yetirərək H.Rəcəbovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Murad Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti