Aqroparklarda ərzaqlıq buğda istehsalı 61 % artıb

   Aqroparklarda ərzaqlıq buğda istehsalı 61 % artıb
  20 Oktyabr 2022    Oxunub:814
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan aqroparklarda bu il ərzaqlıq buğda istehsalı ötən illə müqayisədə, təxminən, 61 % artaraq 88,8 min tona çatıb.
AzVision.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov tviterdə bildirib.

"Aqroparklarda ərzaqlıq buğdanın istehsalında müsbət dinamika müşahidə edilir. 2020-ci ildə aqroparkların taxıl sahələrində 35,2 min ton, 2021-ci ildə 56% çox olmaqla - 55 min ton ərzaqlıq buğda istehsal olunub", - o deyib.

AzVision.az



Teqlər:





Xəbər lenti