"Ermənistanla əlaqələrin normallaşmasında səmimiyik" - Çavuşoğlu

Onun sözlərinə görə, Ermənistanla Türkiyənin xüsusi nümayəndələri arasında görüşlər davam etdirilir: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdağon da Praqada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Qarşıdakı müddətdə xüsusi nümayəndələr də görüşlərini davam etdirəcəklər”.
Nazir deyib ki, nəticə etibarilə etimadı artıracaq bəzi addımlar atılıb: “Hava sahəsi açılıb, iki ölkə arasında birbaşa uçuşlara başlanılıb. Buna bənzər səmimi jestlər etdik. Biz hər zaman deyirik ki, əlaqələrin normallaşması məsələsində Azərbaycan da, Türkiyə də səmimidir”.
M.Çavuşoğlu vurğulayıb ki, Azərbaycan Ermənistana hərtərəfli sülh sazişi təklif edib: “Qarşıdakı növbəti müddətdə Azərbaycanla da, Ermənistanla da koordinasiyalı şəkildə nə edəcəyimizlə bağlı görüşlərimizi davam etdirəcəyik. Biz əlaqələrin yaxşılaşdırılması məsələsində səmimiyik”.
AzVision.az
Teqlər: