"Türkiyə dəstəyini müharibənin son gününə qədər davam edirdi" - İlham Əliyev

   "Türkiyə dəstəyini müharibənin son gününə qədər davam edirdi" -    İlham Əliyev
  20 Oktyabr 2022    Oxunub:830
Türkiyə siyasi və mənəvi dəstəyini müharibənin son gününə qədər davam edirdi.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib.

"Azərbaycan Ordusunun bir qruplaşması Laçın istiqamətinə irəliləməyə başlamışdı, digər qruplaşma isə Şuşaya istiqamət götürmüşdü və noyabrın 8-də alınmaz qala sayılan Şuşa erməni işğalından azad edildi, Azərbaycan bayrağı qaldırıldı və bundan sonra Ermənistan təslim oldu. Bütün bu şanlı tarix bizim müştərək tariximizdir. Çünki İkinci Qarabağ müharibəsinin ilk saatlarından əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə edərək bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək müharibənin son gününə qədər davam edirdi", - dövlət başçısı vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti