"Zəngəzur dəhlizi ilə bağlı qorxu və narahatlıq yersizdir" - Ərdoğan

   "Zəngəzur dəhlizi ilə bağlı qorxu və narahatlıq yersizdir" -    Ərdoğan
  20 Oktyabr 2022    Oxunub:1222
“Məncə, Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq yersizdir”.
AzVision.az xəbər verir ki, bunu Cəbrayılda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə dövlət başçısı bildirib ki, Azərbaycan əmin addımlarla yoluna davam edir:

“Zəngəzur dəhlizi Orta Dəhlizdəki bütün ölkələr üçün inkişaf və sərmayə imkanlarını təqdim edəcək. Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad edib və 30 illik haqqını geri alıb".

AzVision.az


Teqlər:





Xəbər lenti