16 yaşlı qızın amansızlıqla öldürülməsinin təfərrüatı - VİDEO

Qəsəbə sakinlərinin İTV-yə verdikləri məlumata görə, qətldə şübhəli bilinən şəxs Hökməlidən olsa da, Xırdalanda yaşayıb. Nişanlısı ilə görüşmək üçün qəsəbəyə gəlib. Əvvəlcə onu evlərinin yaxınlığındakı məscidin yanına söhbətə çağırıb. Söhbət zamanı 16 yaşlı qızı başqa bir oğlanla danışmaqda ittiham edərək mübahisə yaradıb. Bu zaman qız onun bu söhbətlərindən bezdiyini və nişanı geri qaytaracağını söyləyib.
Aralarında yaranan münaqişə nəticəsində oğlan bıçaqla ona bir neçə dəfə xəsarət yetirib. Bıçaq zərbələrindən biri yeniyetmənin boğaz nahiyəsinə vurulub. Yaralı yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Həmin qız bir il yarım bundan əvvəl 14 yaşı olarkən nişanlanıb. Lakin toyları qızın 18 yaşı olacaqdan sonra baş tutacaqdı.
AzVision.az
Teqlər: