Azərbaycanda 17 nəfər türmədən qaçıb

   Azərbaycanda  17 nəfər türmədən qaçıb
  21 Oktyabr 2022    Oxunub:3057
2021-ci ildə Azərbaycanda 17 nəfər cəza çəkmə müəssisələrindən qaçıb.
AzVision.az statistik məlumatlara istinadən xəbər verir ki, ümumilikdə ölkədə 5 602 nəfər axtarışdadır. Onlardan 216 nəfəri cəza çəkməkdən qaçanlar, 5 483 nəfəri istintaqdan, təhqiqatdan və məhkəmədən yayınanlardır.

Axtarışda olan şəxslərin 37 nəfəri 14-17 yaşda olan uşaqlardır.

Ötən il azərbaycanda 896 nəfər itkin düşmüş kimi qeydiyyata alınıb ki, bunun da 115 nəfəri 18 yaşına qədər uşaqlar olub.

Aytən Zəhra
AzVision.az



Teqlər:



Xəbər lenti