Rusiya nüvə şantajına hazırlaşır: Simvolik gün seçilib

// SSRİ də bunu eyni tarixdə etmişdi...

   Rusiya    nüvə şantajına    hazırlaşır:    Simvolik gün seçilib
  21 Oktyabr 2022    Oxunub:3513
Rusiyanın nüvə şantajı növbəti mərhələyə keçir. Yaxın günlərdə Barens dənizinin akvatoriyasında 7 zona uçuş və gəmi marşrutları üçün bağlı olacaq. Prosesin 12-15 oktyabrda keçiriləcəyi deyilsə də, təxirə salınıb və aviasiya qrupları ilə dənizçilərə yeni təlimatlar göndərilib.
Novaya Zemlya və Skandinaviya istiqamətində havada və dənizdə qeyd olunan hərəkətə bağlı zonalarda raket sınaqlarının keçiriləcəyi güman edilsə də, arxipelaqda nüvə bombasının partladılacağı və ya yerüstü taktiki nüvə zərbəsinin endiriləcəyi istisna oluna bilməz. Böyük hazırlıqlar və qadağan olunmuş uçuş zonaları məhz buna işarədir.


Xatırlatmaq lazımdır ki, SSRİ-nin son nüvə sınaqlarını 24 oktyabr 1990-ci ildə Novaya Zemlya ("Объект 700" poliqonu) arxipelaqında keçirilmiş, proqram çərçivəsində 70 kilotona bərabər 8 partlayış reallaşdırılmışdı.

Çox güman ki, növbəti sınaqlar və ya operativ-taktiki raket komplekslərinin genişmiqyaslı təlimləri məhz oktyabrın 24-nə təsadüf edəcək ki, son nüvə sınaqlarının ildönümü növbəti siyasi hədə kimi görünsün.

Hans Kloss
AzVision.az üçün



Teqlər: Rusiya   Nüvə  





Xəbər lenti