Narkotik və həbləri satmaq istəyənlər ələ keçdi
Belə ki, şöbə əməkdaşlarının daxil olmuş məlumat əsasında Biləsuvar rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunmuş Neftçala rayon sakini Fizuli Hüseynov və Salyan Rayon sakini Ayaz Əliyev saxlanılıblar.
Keçirilən baxış zamanı onlardan ayrı-ayrı bükümlərdə qablaşdırılmış 5 kiloqram 710 qram tiryək, 2 kiloqrama yaxın metamfetamin, 470 qram heroin, 500 qram marixuana və 2200 ədəd narkotik metadon həbi aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxslər sözügedən narkotik vasitələri xaricdə yaşayan narkotik vasitəsilə əldə ediblər və ölkə ərazisində satışını təşkil etməli imişlər. Faktla bağlı Biləsuvar RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
AzVision.az
Teqlər: