Binəli Yıldırım əməliyyat olunub

   Binəli Yıldırım əməliyyat olunub
  22 Oktyabr 2022    Oxunub:1364
Azərbaycanda yol qəzası keçirən AK Partiyanın sədr müavini Binəli Yıldırım əməliyyat olunub.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca məlumat verib. O bildirib ki, Binəli Yıldırım və Şamil Ayrıcında vəziyyətləri yaxşıdır.

Səhiyyə naziri Binəli Yıldırımın toxuma transplantasiyası əməliyyatı keçirdiyini və vəziyyətinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüb. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib, Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlar daha sonra Türkiyəyə yola salınıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti