Ərəb şirkəti Azərbaycanda sayğac istehsalına 26 milyon investisiya qoyacaq
Bildirilir ki, bununla da, Sənaye Parkının rezidentlərinin sayı 32-yə çatıb.
BƏƏ kapitallı “SENSEMI DMCC” şirkətinin Azərbaycandakı nümayəndəliyinə müəssisəni inşası üçün Sənaye Parkında 1 hektar ərazi ayrılıb. Şirkət burda elektrik avtomat və sayğac istehsal edəcək. İnvestisiya dəyəri 26 milyon manatdan çox olan müəssisədə 83 nəfər daimi işlə təmin ediləcək.
Müəssisədə istehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da planlaşdırılır.
AzVision.az