Türkiyə XİN başçısı: "Ermənistan öhdəliklərə əməl etsə, regionda vacib aktorlardan ola bilər"

Onun sözlərinə görə, Xəzər dənizi bölgəsindən keçən Şərq-Qərb nəqliyyat dəhlizini reallaşdırmaq üçün zəruri infrastrukturun yaradılmasına böyük sərmayələr qoyulub:
"Bu layihədə Mərkəzi Asiya ölkələri, Türkiyə, Azərbaycan və Gürcüstan iştirak edir. Ermənistan Azərbaycanla imzaladıqları razılaşamaları həyata keçirərsə, bu layihəyə qatıla bilər".
"Uzun illərdir Ermənistan Azərbaycan ərazilərini işğalda saxlamaqla özünü təcrid edib. Qarabağ işğaldan azad edildikdən sonra sülh fürsəsti ortaya çıxdı. Ermənistanda bunu dəyərləndirməlidir", - Çavuşoğlu qeyd edib.
AzVision.az
Teqlər: Çavuşoğlu Ermənistan