Dədə Süleymanla vida mərasimi keçirilir

   Dədə Süleymanla vida mərasimi keçirilir
  23 Oktyabr 2022    Oxunub:1526
Xəbər verdiyimiz kimi əməkdar artist, görkəmli xanəndə Süleyman Abdullayev 83 yaşında vəfat edib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, xanəndə ilə Təzəpir Məscidində vida mərasimi keçirilir. Mərhum Kürdəxanı qəbristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Seyid Şuşinskinin ənənələrini yaşadan xanəndə, eyni zamanda, özünəməxsus ifaçılıq üslubu, oxuma tərzi ilə tanınır.

Xanəndə oxuduğu muğamlarda klassik şairlərin - Füzulinin, S.Ə.Şirvaninin, Vahidin qəzəllərinə müraciət edərək, xüsusilə vətən haqqında şeirlərə üstünlük verib. Öz sənəti ilə böyük bir elin müdrik ağsaqqalı kimi sevilən xanəndə xalq tərəfindən "Dədə Süleyman" deyə çağırılıb.

2012-ci il sentyabr ayının 14-də Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Abdullayev Süleyman Cümşüd oğluna “Əməkdar artist” fəxri adı verilib.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti