Naxçıvana gedən təyyarədə nasazlıq yarandı

 Naxçıvana gedən təyyarədə nasazlıq yarandı
  23 Oktyabr 2022    Oxunub:1016
“Azərbaycan Hava Yolları" aviaşirkətinin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsinin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılmışdır.
AzVision.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarə yerli vaxt ilə saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Hava Limanına uğurla eniş edib.

Hazırda Bakı aeroportunun texniki xidməti hava gəmisinin yoxlanışını həyata keçirir.

AzVision.az


Teqlər:





Xəbər lenti