Xınalıqda avtomobil dərəyə aşıb, ölən var

Belə ki, 1974-cü il təvəllüdlü Hacıyev Şıxbaba Gülbala oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobil dumanlı hava şəraitində torpaq yolda idarəetmədən çıxıb. Daha sonra nəqliyyat vasitəsi yolun sağ tərəfində dərəyə aşıb və Nəticədə sürücü bədən xəsarətləri alıb, avtomobildə olan sərnişin - 1978-ci il təvəllüdlü Lalayev Rauf Bədəl oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
AzVision.az
Teqlər: