Azərbaycanı “Qastronomiya ölkəsi” kimi tanıda bilərik - Fuad Nağıyev

Qastronomiya turizminin inkişafı yalnız milli mətbəximizi deyil, həmçinin zəngin maddi-mədəni irsimizi, tarixi ənənələrimizi, mədəniyyətimizi də dünyaya tanıtmağa kömək edir.
Qeyd etməliyəm ki, ölkəmizin təmsil olunduğu bütün beynəlxalq tədbirlərdə milli kulinariyamız, bu sahədə olan turizm potensialı çox geniş şəkildə beynəlxalq ictimaiyyətə təqdim olunur və maraq doğurur".
F.Nağıyev qeyd edib ki, Dövlət Turizm Agentliyinin tabeliyində olan Milli Kulinariya Mərkəzi tərəfindən bu günədək milli mətbəx nümunələrimizin tədqiqi, qorunması və tanıdılması üçün müəyyən vacib işlər görülüb.
"Mərkəzin əsas məqsədləri ilkin olaraq kulinariya sahəsində təhsili inkişaf etdirmək, gəncləri cəlb etməklə onların bu sahədə fəaliyyətini stimullaşdırmaq, bununla belə zəngin ənənələrimizi dünyaya çatdırmaq üçün təbliğat işini artırmaq, milli mətbəx irsini tədqiqi işini və beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməkdir.
Eyni zamanda turizm istiqamətli qastronomik məhsulların hazırlanması və təbliğatının aparılması yönündə strategiya sənədinin hazırlanması ilə bağlı işlər də aparılır".
DTA sədri qeyd edib ki, qastronomiya turizmi həm regional turizm, həm də aqro və eko turizm növləri ilə ahəngdar olaraq inkişaf edir.
"Bu baxımdan Dövlət Turizm Agentliyinin dəstək verdiyi layihələrdən biri “Azərbaycanda Böyük Qafqaz Dağları Ərazisində İcma Əsaslı Dəyər Zəncirinin Genişləndirilməsi” - “Slow Food” layihəsini qeyd etmək olar.
Layihə pilot olaraq 5 rayonu - Şamaxı, İsmayıllı, Qəbələ, Şəki və Qaxı əhatə etdi.Gələcəkdə digər turizm dəhlizləri üzrə də bu növ marşrutların yaradılması planlaşdırıla bilər.
Regionların unudulmuş, qədim yeməklərini üzə çıxartmaq, biomüxtəlifliyini qorumaq və yerli qastronomiyanın tanınmasına nail olmaq baxımından bu kimi layihələr önəm kəsb edir.
Həmçinin qastronomiya turizmi ölkəmiz üçün çox vacib iki sahəni - turizm və kənd təsərrüfatını birləşdirdiyi üçün regionlarda kiçik sahibkarlığın və ailə biznesinin dəstəklənməsinə, nəticə etibarilə yerli əhalinin gəlirlərinin artması və rifah halının yüksəlməsinə də töhfə verə bilər".
Aytən Zəhra
AzVision.az
Teqlər: