Kulinariya sahəsində strategiya sənədi hazırlanacaq

   Kulinariya sahəsində strategiya sənədi hazırlanacaq
  24 Oktyabr 2022    Oxunub:651
"Dövlət Turizm Agentliyinin tabeliyində olan Milli Kulinariya Mərkəzi tərəfindən bu günədək milli mətbəx nümunələrimizin tədqiqi, qorunması və tanıdılması üçün müəyyən vacib işlər görülüb".
AzVision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Milli Kulinariya Konqresində çıxışı zamanı deyib. O bildirib ki, mərkəzin əsas məqsədləri ilkin olaraq kulinariya sahəsində təhsili inkişaf etdirmək, gəncləri cəlb etməklə onların bu sahədə fəaliyyətini stimullaşdırmaq, bununla belə zəngin ənənələrimizi dünyaya çatdırmaq üçün təbliğat işini artırmaq, milli mətbəx irsini tədqiqi işini və beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirməkdir.

"Eyni zamanda turizm istiqamətli qastronomik məhsulların hazırlanması və təbliğatının aparılması yönündə strategiya sənədinin hazırlanması ilə bağlı işlər də aparılır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti