Ağacları kəsərək avtodayanacaq salmaq istədi

   Ağacları kəsərək avtodayanacaq salmaq istədi
  24 Oktyabr 2022    Oxunub:920
Ağacları kəsərək avtodayanacaq salmaq istəyən şirkətlə bağlı sənədlər Baş Prokurorluğuna göndərilib.
Bu barədə AzVision.az -a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib. Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı ağacların avtodayanacaq salınması məqsədilə "Turan 97" Məhdud Məsuliyyətli Müəssisə tərəfindən kəsildiyi və təbiətə ümumilikdə 8580 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:

“Faktla bağlı akt tərtib olunub, yaşıllığa dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

Xidmət rəsmisinin sözlərinə görə, sözügedən ərazidə kəsilmiş ağacların əvəzinə yeni ağaclar əkilib.

AzVision.az


Teqlər:





Xəbər lenti