Gəncədə xəstəxananın tavanı çökdü, işçilər təxliyə olundu

   Gəncədə xəstəxananın tavanı çökdü,    işçilər təxliyə olundu
  24 Oktyabr 2022    Oxunub:861
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Nizami Ailə Sağlamlıq Mərkəzinin (ASM) Laboratoriya şöbəsinin tavan hissəsinin çökməsi zamanı xəsarət alan olmayıb.
Bu barədə AzVision.az -a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, işçilər təhlükəsiz şəkildə təxliyə olunub.

Hadisənin baş vermə səbəbi araşdırılır. Hazırda Laboratoriya şöbəsi istisna olmaqla Nizami ASM-i fəaliyyətini davam etdirir.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti