"Kor bağırsağından əməliyyat olunmuşdu" - İntihar edən əsgərlə bağlı yeni məlumat

 "Kor bağırsağından əməliyyat olunmuşdu" -  İntihar edən əsgərlə bağlı yeni məlumat
  24 Oktyabr 2022    Oxunub:2390
Cəlilabadda hərbi xidmətdən məzuniyyətə gələn əsgər intihar edib. Kənd sakini, 2003-cü il təvəllüdlü Şahbazov Murad Zahir oğlu oktyabrın 12-də evlərinə gəlib.
Bu barədə AzVision.az-a Cəlilabad rayon Günəşli kənd icra nümayəndəsi Eldəniz Cəfərov məlumat verib. O bildirib ki, Kəlbəcərdə bir il hərbi xidmət keçən əsgər kor bağırsağından əməliyyat olunub.

"Ona görə də evə buraxmışdılar və uzun müddət burada qalacaqdı. Başqa problemləri yox idi. Dünən günortaya yaxın intihar edib. Nə səbəbə belə addım atdığını heç kim, hətta ailəsi də bilmir. Araşdırma aparılır".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti