Üç gün yağış yağacaq

  Üç gün yağış yağacaq
  24 Oktyabr 2022    Oxunub:746
Bakıda və Abşeron yarımadasında oktyabrın 25-i gündüzdən 27-si səhərədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi arabir 15-18 m/s olacaq.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata əsasən, Azərbaycanın rayonlarında oktyabrın 25-i gündüzdən 27-si gündüzədək əsasən şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.

AzVision.az



Teqlər:





Xəbər lenti