“Bizdən artıq ayaqqabı nömrəsinə qədər istəyirlər" - Tural Abbaslı

   “Bizdən artıq ayaqqabı nömrəsinə qədər istəyirlər"  -    Tural Abbaslı
  24 Oktyabr 2022    Oxunub:792
“Bizdən artıq ayaqqabı nömrəsinə qədər istəyirlər. Nədi ki, siyasi fiqur olacağıq”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin müzakirəsində Ağ Partiyanın rəhbəri Tural Abbaslı bildirib.

O, yeni qanun layihəsində tələblərin çox olduğunu deyib.

“Əgər məqsəd siyasi partiyaların qarşısını almaq üçündürsə, təbrik edirəm, yaxşı qanun qəbul edirsiniz. Bizim rayonlarda belə qərargahlarımız yoxdur, yer tapa bilmirik. Olanda belə obyekt sahibi qorxa-qorxa deyir ki, mənə nəsə etməzlər? Biz siyasətlə məşğul olaq, yoxsa camaata hesabat verək? Diplomatik viza nazirin həyat yoldaşına, uşağına belə verilir, bizə niyə verilmir? Bundan başqa, mənim maşınım da yoxdur, təhlükəsizliyimi kim təmin edəcək? Bütün günü avtobusda, metrodayam”, - deyə partiya sədri vurğulayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti