"Dostluq və qardaşlıq münasibətlərimiz tranzit üçün imkanlar yaradır" - Prezident

Tranzit ölkə olmaq üçün qonşularla yaxşı münasibətlərin vacibliyini qeyd edən dövlətimizin başçısı deyib ki, bu münasibətlər olmadan heç bir ölkə etibarlı tranzit ölkəyə çevrilə bilməz.
“Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır. Hazırda enerji resurslarına dünyada və Avropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
AzVision.az
Teqlər: