Bu yeddi məscidə qadın din xadimləri axtarılır - SİYAHI

Bu yeddi məscidə qadın din xadimləri axtarılır -    SİYAHI
  24 Oktyabr 2022    Oxunub:1244
Azərbaycanda 7 ibadət ocağına dini ayinlərin icraçısı üçün qadın din xadimləri axtarılır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən AzVision.az -a bildirilib ki, İslam dininə aid ibadət yerlərində (məscidlər) qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün müsahibə elan edilib.

Qeyd olunub ki, qadın din xadimləri ilə bağlı vəzifələr Bakı, Sumqayıt, Gəncə, Şəki, Zaqatala və Quba şəhərlərdə, eləcə də Lənkəran rayonunda yerləşən aşağıdakı məscidlərə aiddir:

1. Suraxanı rayonu, “Fatimeyi-Zəhra” məscidi – Qadın dini ayinlərin icraçısı vəzifəsi

2. Sumqayıt şəhəri, “Cümə” məscidi – Qadın dini ayinlərin icraçısı vəzifəsi

3. Gəncə şəhəri, Bala Bağman “Fatimeyi-Zəhra” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

4. Şəki şəhəri, “Mərkəzi Cümə” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

5. Zaqatala şəhəri, “Cümə” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

6. Lənkəran rayonu, Böyük bazar “Cümə” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi

7. Quba şəhəri, “Hacı Cəfər” məscidi - Qadın dini ayinlərin icraçısı vəzifəsi


Qeyd edək ki, ümumilikdə 44 məsciddə vakant vəzifələrin tutulması üçün müsahibələr edilib. Onların 36-sı imam, imam müavini vəzifəsi və müəzzin vəzifələridir.

Xatırladaq ki, müsahibədə iştirak etmək istəyən namizədlər Dövlət Komitəsinə müraciət edə bilərlər.
AzVision.az



Teqlər: Məscid  





Xəbər lenti