“Rusiya Kiyevi ələ keçirməyə yenidən cəhd edə bilər” - Dmitri Qalkin

   “Rusiya Kiyevi ələ keçirməyə yenidən cəhd edə bilər” -    Dmitri Qalkin
  24 Oktyabr 2022    Oxunub:2558
Son vaxtlar Belarusun Ukraynadakı müharibəyə qoşulacağı ilə bağlı müxtəlif fikirlər səslənməkdədir. Həmin ehtimalları AzVision.az-a şərh edən politoloq Dmitri Qalkin bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişəyə tez bir zamanda son qoymaq istərdi. Ancaq Rusiya hökuməti məğlubiyyəti qəbul edə bilməz, çünki bu halda onu ölkədə sabitliyin labüd pozulması təhlükəsi gözləyir.
- Buna görə də, Vladimir Putin işğal olunmuş Ukrayna ərazilərinin rəsmi ilhaqından sonra Ukrayna vətəndaşlarını qorxutmaq kampaniyasına başlayıb. Onun yeganə məqsədi Ukrayna hakimiyyətini Rusiyanın şərtləri ilə sülh bağlamağa məcbur etməkdir.- politoloq deyib. - Krım körpüsünün dağıdılmasını bəhanə edən rus qoşunları iri yaşayış məntəqələrinə zərbələr endirəcək, əhalinin qışda donmaması üçün infrastruktur obyektlərini dağıdacaq.

Onun sözlərinə görə, Rusiya-Belarus müştərək qoşun qrupunun Ukrayna ilə sərhəddə yerləşdirilməsi də hədə-qorxu kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir: “Rusiya rəhbərliyi demək istəyir ki, tələbləri yerinə yetirilməsə, Kiyevə qarşı yeni hücuma keçə bilər, özü də bu dəfə daha yaxşı təşkil olunmuş və daha hazırlıqlı şəkildə. Növbəti yazda başlayacağı ehtimal olunan budəfəki əməliyyatda Belarus ordusunun iştirakı da mümkündür, təbii ki, o vaxta qədər müharibə bitməsə. Amma çox güman ki, Aleksandr Lukaşenko Belarus qoşunlarını yenə Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirakdan yayındırmağa çalışacaq. Lakin müştərək qoşunun yerləşdirilməsi istənilən halda onu deməyə əsas verir ki, Rusiya hökuməti Ukrayna rəhbərliyini öz tələblərini yerinə yetirməyə məcbur etmək üçün Kiyevi yenidən ələ keçirməyə cəhd edə bilər.

Samir Vəliyev
AzVision.az



Teqlər: Müharibə  





Xəbər lenti