Dövlət büdcəsinin sosial və təhsil xərcləri artırılır

   Dövlət büdcəsinin sosial və təhsil xərcləri artırılır
  25 Oktyabr 2022    Oxunub:1040
Azərbaycanda sosial müdafiə xərcləri artırlır.
AzVision.az xəbər verir ki, bu barədə oktyabrın 24-də Milli Məclisə daxil olmuş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində qeyd edilib.

Bildirilib ki, əvvəlki illərdə olduğu kimi, 2023-cü ilin dövlət büdcəsi də sosialyönlü olaraq proqnozlaşdırılıb. 2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur.

Eyni zamanda 2023-cü ilin dövlət büdcəsində 4,4 milyard manat təhsil xərcləri nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 536,5 milyon manat və ya 13,8 faiz, 2021-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 1,3 milyard manat və ya 42,4 faiz çoxdur.

Gələn il dövlət sifarişilə ali təhsil alanların, həmçinin təqaüd yerlərinin sayının artırılması və əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığının daha da artırılması və ali təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə daha çox tələbə kreditinin verilməsi, habelə təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə artan tələbatın qarşılanması təhsil xərclərinin artımında əsas istiqamətlərdəndir.

AzVision.az



Teqlər:





Xəbər lenti