"Hər yerdə gözlərim səni axtarır" - Atanın intihar edən oğlu ilə bağlı paylaşımı

Oğlunun nümunəvi gənc olduğunu deyən onun magistratura təhsili üçün hazırlaşdığını qeyd edib.
“Nə tez getdin aramızdan? Axı sənin hələ böyük arzuların var idi: Xarici universitetlərdə magistratura təhsili almağa hazırlaşırdın. Sənə o qədər ümidlərimiz var idi ki... Oxuduğun müddətdə heç atanı incitmədin. Öz işlərini özün gördün. Bəs nədən bizi tərk etdin? Atanın ürəyini yandırdın. Hər yerdə gözlərim səni axtarır, burnumun ucu göynəyir səndən ötrü. İndi ancaq sənə qovuşmaq həsrətilə yaşayıram. Allah sənə rəhmət eləsin, əziz balam”.
Xatırladaq ki, Şəhriyar Səmədli oktyabrın 7-nə keçən gecə paytaxtın Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb. Onun meyiti saat 01 radələrində aşkar edilib. 2019-cu ildə Masallı şəhər 4 saylı orta məktəbdən məzun olan Şəhriyar həmin il 684,8 bal toplayaraq UNEC-ə qəbul olunub. O, həm də Prezident təqaüdçüsü idi.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
AzVision.az
Teqlər: