Bu gün AMEA-nın yeni prezidenti seçiləcək - RƏSMİ

   Bu gün AMEA-nın yeni prezidenti seçiləcək -    RƏSMİ
  25 Oktyabr 2022    Oxunub:666
AMEA-nın bu gün keçirilən ümumi yığıncağında akademiyaya yeni prezidentin seçilməsi məsələsinə baxılacaq.
Bunu AzVision.az -a açıqlamasında AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov deyib.

O bildirib ki, bugünkü iclasda həm də akademiyanın yeni nizamnaməsi qəbul olunacaq: "Nizamnamə təsdiq olunması üçün Prezident Administrasiyasına təqdim olunacaq. Gündəlikdə yer alan təşkilati məsələyə gəlincə bu, iclasın gedişatında məlum olacaq".

Rəyasət Heyətinin binasının aqibətinə toxunan A.Həşimov əlavə edib ki, hazırda bu məsələ gündəmdə deyil.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti