Televiziya, radio və nəşriyyat sahəsinə 61 milyondan çox pul ayrılacaq

   Televiziya, radio və nəşriyyat sahəsinə 61 milyondan çox pul ayrılacaq
  25 Oktyabr 2022    Oxunub:1132
Gələn ildə televiziya, radio və nəşriyyat sahəsinə ayrılan vəsaitin həcmi açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsində bildirilir.

Qeyd olunub ki, gələn il televiziya, radio və nəşriyyat sahəsinə 61 milyon 024 min 113 manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Xatırladaq ki, layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti