77 yaşlı AMEA-nın prezidentləri - Onlar kimlərdir?

   77 yaşlı AMEA-nın prezidentləri    - Onlar kimlərdir?
  25 Oktyabr 2022    Oxunub:2384
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında akademik İsa Həbibbəylinin prezidentliyə namizədliyi təsdiqlənib. O, gizli səsvermə ilə AMEA-nın yeni prezidenti seçilib. Beləliklə, İ.Həbibbəyli AMEA-nın sayca 13-cü prezidenti olub.
AzVision.az bu günə qədər AMEA-nın prezidenti olmuş şəxslərin siyahısını təqdim edir:

İsa Həbibbəyli AMEA-nın prezidenti seçildi
AMEA-nın ilk prezidenti Mir Əsədulla Mirqasımov olub. O, 1945-ci il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında seçilib. Onun xələfi Yusif Məmmədəliyev 1947-1950-ci illərdə prezident olub. 1950-1958-ci illərdə AMEA-ya Musa Əliyev rəhbərlik etsə də, onu yenidən 1958-ci ildə sələfi Yusif Məmmədəliyev əvəzləyib.

Daha sonra müxtəlif illərdə Rüstəm İsmayılov (1967-1970), Həsən Abdullayev (1970-1983), Eldar Salayev (1983-1997), Fəraməz Maqsudov (1997-2000), Mahmud Kərimov (2001-2013), Akif Əlizadə (2013-2019, Ramiz Mehdiyev (2019-2022) Akademiyanın prezidenti olublar.

2022-ci ilin 14 fevralında akademik Ramiz Mehdyev AMEA-nın prezidenti vəzifəsindən istafa verib. Elə həmin aydan etibarən AMEA prezidentinin səlahiyyətlərinin icrası akademiyanın birinci vitse-prezidenti, akademik Arif Həşimova həvalə olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər:   AMEA   Prezident  





Xəbər lenti